Ərdoğan Azərbaycan xalqını təbrik edib

15:26 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Şuşanın xilası işğal altında qalan digər torpaqların da azadlığa qovuşmasının yaxın olduğunu ifadə edir:

"Azərbaycan 30 il səbr edib və nəhayət öz ərazilərinin azad edillməsinə nail olub. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra qardaş ölkəni dəstəkləyəcək".